Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan gömrükçülərinə yeni avadnlıqlar verilib

BMT-nin narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsindən Azərbaycan gömrüyünə kimyəvi maddələrin tərkibinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan iki “Hazmat” avadanlığı təqdim edilib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) Az'rTAc-a bildiriblər ki, bu münasibətlə keçirilən imzalanma mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev və Azərbaycan tərəfdən DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev iştirak ediblər. R.Həsənəliyev avadanlığa görə komitə rəhbərliyi adından minnətdarlığını bildirərək “Hazmat”ın gömrükçülərin işini həm keyfiyyət, həm də kəmiyyət baxımından yaxşılaşdıracağını deyib.
Azərbaycanın narkotik qaçaqmalçılığı ilə mübarizədə mühüm rol oynadığını qeyd edən BMT rəsmisi qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Məlumatda qeyd edilir ki, Bakı Baş Gömrük İdarəsi və Astara Gömrük İdarəsində istifadə olunacaq müasir avadanlıq naməlum kimyəvi maddələrin tərkibinin yerində müəyyən edilməsinə imkan verəcək. Yaxın günlərdə avadanlığın istifadəsi ilə bağlı xarici mütəxəssislər tərəfindən Azərbaycan gömrükçülərinə xüsusi təlimlər keçiriləcək.

Tarix
15 Oktyabr 2014 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin