Ana səhifə
21 Noyabr 2018

İran kəşfiyyatı: “BBC gizli sənədlərimizi oğurlayıb”

“Ölkədə şiə-sünni ixtilafları yaratmaq istəyən televiziya kanallarının İngiltərə kəşfiyyatı ilə əlaqələri var. Onlara məqsədli şəkildə maliyyə yardımı edilir”.

 

 

Ucnoqta.az” xəbər verir ki, Axar.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat naziri Seyid Mahmud Allavi açıqlama verib. O, bəzi televiya kanallarının şiə-sünni ixtilafını məqsədli şəkildə qızışdırdığını bildirib:

 

“Ölkədə şiə-sünni ixtilafları yaratmaq istəyən televiziya kanallarının İngiltərə kəşfiyyatı ilə əlaqələri var. BBC İranın bəzi rəsmi sənədlərini oğurlayıb. Onlara məqsədli şəkildə maliyyə yardımı edilir. Ölkənin dini lideri Ayətullah Xamneyi və əhli sünnənin seçmə şəxsiyyətlərinə hörmətsizlik edən şəxslər təqib ediləcək və lazımi tədbirlər görüləcək”.

 

O, İŞİD-in Suriya və İraqda qurulmasına rəğmən, İran üçün də təhdid olduğunu deyib:

 

“İllər öncə İŞİD proqramı barədə proqnozlarımızı səlahiyyətli orqanlara çatdırdıq. İŞİD təhlükəsi üzə çıxdığı andan onunla mübarizə aparan ölkələrə kəşfiyyat dəstəyi verdik. Əgər belə olmasaydı, bu gün İraq və Suriyada vəziyyət daha fərqli olardı”.

Tarix
15 Oktyabr 2014 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin