Daha bir şəhidimizin övladı dünyaya gəlib

19:04 - 17 Aprel 2021 - Cəmiyyət

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ikinci Qarabağ Müharibəsi şəhidi Sarvan Əli oğlu Mirzəyevin ilk qız övladı dünyaya gəlib.

Ucnoqta.az xəbər verir ki, şəhidimizin övladına Sarvanə adı verilib.
Qeyd edək ki, Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.

XTQ-nin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sarvan Mirzəyev 1995-ci ildə Yardımlı rayonunun Zevin kəndində anadan olub, ailəsi sonradan Biləsuvar şəhərinə köçüb.

 S.Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  "Vətən uğrunda" və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər xətti