Gədəbəydə ikimərtəbəli ev yanıb

17:59 - 17 Aprel 2021 - HADİSƏ

Gədəbəydə ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti