Paytaxtda yeni avtobus xətti istifadəyə verilir - Foto

12:33 - 17 Aprel 2021 - Cəmiyyət

Ramana ("Ramana" Yeni Yaşayış Massivi) və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömərli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Marşrut 40 mindən artıq əhalisi olan iki qəsəbəni əlaqələndirəcək. Marşrut xətti üzrə gediş haqqı 0.30 manat nəzərdə tutulub.

Marşrut xətti üzrə avtobuslar 19.04.2021-ci il tarixindən istismara başlayacaq.


Xəbər xətti