Ağsuda antikvar samovar oğurlayan şəxs tutuldu

10:43 - 17 Aprel 2021 - HADİSƏ

Ağsu rayonunun mərkəzində yerləşən fərdi yaşayış evindən antikvar samovar və elektrik kabellərinin oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti