Daha bir tədris müəssisəi koronavirusa görə bağlandı

19:01 - 16 Aprel 2021 - Xəbər

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyəti arasından 9 nəfər şəxsin COVID-19 testi pozitiv çıxması səbəbindən Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 13 aprel tarixindən etibarən Mərkəzdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda peşə təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesiNazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı tələbələrin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitarepidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır

Xəbər xətti