Böyük Britaniyada koronavirusun yeni ştammları aşkarlandı

18:09 - 16 Aprel 2021 - DÜNYA

Böyük Britaniyada COVID-19-un yeni ştammları aşkarlanıb.

 İngiltərə İctimai Səhiyyəsinin (PHE) açıqlamasına görə, “araşdırma altında olan” (VUI) statusu verilən və ilk olaraq Hindistanda qeydə alınmış yeni ştamma Böyük Britaniyada 77 yoluxma halı məlumdur.

VUI-21-APR-01 kodu verilən həmin növün E484Q, L452R, P681R kimi bir sıra mutasiyaları da var.
“Təkmil təmas izləməsi də daxil olmaqla İctimai Səhiyyəyə dair hər cür lazımi müdaxilə üsulları işə salınacaq”, - deyə açıqlamada qeyd olunur.///report

Xəbər xətti