Azərbaycandan deportasiya edilən əcnəbilərin sayı açıqlanıb

17:11 - 16 Aprel 2021 - Cəmiyyət

Hesabat ilində ölkədə olma və yaşama qaydalarını pozan 6 377 əcnəbi müəyyənləşdirilib.

APA-nın xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.
Məlumatda bildirilib ki, həmin əcnəbilər inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, 654 nəfərin isə deportasiyası həyata keçirilib.

Xəbər xətti