Azərbaycan millisi 5 pillə geriləyib - FİFA reytinqi açıqlayıb

14:35 - 16 Aprel 2021 - İDMAN

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1320,61 xalla dünyanın 77-ci komandasıdır. Millimiz sonuncu dəfə ötən ilin dekabrında açıqlanan reytinq cədvəli ilə müqayisədə 5 pillə geriləyib. Bu müddətdə komandamız 1,61 xal itirib. Yığmamızın geriləməsinə 5 komanda – KXDR, İordaniya, İran, Peru və Ekvatorial Qvineyanın siyahıya dönməsi səbəb olub. Aktiv fəaliyyətdə olmadıqları üçün cədvəldən kənarlaşdırılan “beşlik” yenidən siyahıya daxil edilib. Futbolçularımız hesabat dövründə iki oyun keçirib. Avropa çempionatının seçmə görüşlərində İspaniyaya 0:13 hesabı ilə uduzan komandamız sonra Moldovanı yenib – 1:0. Qeyd edək ki, reytinqə ABŞ (2200,39), Almaniya (2089,23) və Niderland (2038,61) yığmaları başçılıq edir.

Xəbər xətti