Türkiyədə içərisində nazirin olduğu təyyarə qəza enişi edib

13:42 - 16 Aprel 2021 - HADİSƏ

Türkiyədə içərisində kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin olduğu təyyarə qəza enişi edib.

APA-nın yerli bürosunun CNN Türk-ə istinadən verdiyi xəbərə görə, təyyarənin sol mühərrikində problem yaranıb.

Təyyarədə nazirdən başqa, nazir müavini, nazirliyin əməkdaşları və AKP Şırnak millət vəkili Rizgin Birlik də olub. Ankaradan Şırnaka uçan təyyarə Malatyada hava limanına enib.

Xəbər xətti