İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb

12:20 - 16 Aprel 2021 - HADİSƏ

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Xəbər xətti