Qardaşını bıçaqlayan şəxs özünü binanın 4-cü mərtəbəsindən atıb

11:46 - 16 Aprel 2021 - HADİSƏ

Bakı sakini qardaşını bıçaqlayıb, sonra özünü 4-cü mərtəbədən atıb.

Hadisə Səbail rayonunda qeydə alınıb. Məlumata görə, 36 yaşlı Fuad Nəcəfli yaşadığı evdə özündən iki yaş kiçik qardaşı Murad Nəcəflini bıçaqlayıb.

O, daha sonra özünü yaşadığı mənzildən - binanın 4-cü mərtəbəsindən aşağı atıb.
F.Nəcəfli ölüb, M.Nəcəfli isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğuna araşdırma aparılır.///report

Xəbər xətti