Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb

11:15 - 16 Aprel 2021 - Cəmiyyət

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar. Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın sahibi barəsində inzibati qaydada protokol tərtib edilib.

Xəbər xətti