Bakıda 20 yaşlı qız 7-ci mərtəbədən yıxılıb

10:52 - 16 Aprel 2021 - HADİSƏ

Bakıda 20 yaşlı qız çoxmərtəbəli binadan yıxılıb.

Hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.///Apa

Xəbər xətti