Polkovnik-leytenant koronavirusdan vəfat etdi

18:12 - 15 Aprel 2021 - Xəbər

Samux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib.

1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib.

F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub. ///qafqazinfo

Xəbər xətti