Polis Ağsuda reyd keçirib, 25 nəfər cərimələnib

23:48 - 14 Aprel 2021 - Xəbər

Baş Dövlət Yol Polis İdarəsi və Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tədbirlər planına uyğun olaraq rayon ərazisində reyd keçiriblər.

Reyd əsasən sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi daşıyıb. Yol polisi əməkdaşları istər sürücülərlə, istərsə də piyadalarla profilaktik söhbətlər apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər.

Reyd zamanı ümumilikdə 40-a yaxın piyada və sürücü saxlanılıb onlardan 20 nəfər piyada, 5 nəfər sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.

Xəbər xətti