Ramazan ayının ikinci gününün duası: imsak və iftar vaxtları

23:00 - 14 Aprel 2021 - Cəmiyyət

Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 15-də imsak vaxtı saat 04:28-də, iftar vaxtı isə 19:33-dədir.
İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: “İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhimlilərin rəhimlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti