"Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq" - Belarus Prezidenti

22:00 - 14 Aprel 2021 - Xəbər

Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxışında deyib.
Belarus dövlət başçısı bildirib:

"Mən bunları ona görə deyirəm ki, dünən İlham Heydər oğluna da demişəm, Siz bilməlisiniz, belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb. Bu gün mən açıq etiraf etməliyəm ki, yaxşı mənada heyrətlənmişəm ki, Azərbaycan təkcə, məsələn Böyük Vətən müharibəsi illərində Sovet İttifaqını xilas etmiş çox böyük qaz və neft ehtiyatları demək deyil. Mən tarixdən yaxşı bilirəm. Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar, onda işimiz bitərdi. Lakin sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış. Ona görə bu, çox zəngin, perspektivli ölkədir, onun böyük gələcəyi var".

Xəbər xətti