Ucarda 36 yaşlı qadın qətlə yetirilib

19:36 - 14 Aprel 2021 - HADİSƏ

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasım Fazil oğlu Məmmədov ağır bıçaq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, V.Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi dəqiq məlum deyil.
Faktla bağlı  araşdırma aparılır.

Xəbər xətti