İbrahimoviç futboldan kənarlaşdırıla bilər

18:53 - 14 Aprel 2021 - İDMAN

İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç mərc oyunları biznesində iştirakına görə cəzalana bilər.

"Report" "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçunu 3 illik diskvalifikasiya cəzası və 100 000 avro məbləğində cərimə gözləyir.

40 yaşlı forvard 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib.

FIFA və UEFA-nın reqlamentinə görə, mərc oyunları ilə əlaqəsi olan futbolçular bu iki qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə "Milan"la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub.

Təcrübəli oyunçunun günahı sübuta yeitirilsə, futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq.

Qeyd edək ki, "Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib.

Xəbər xətti