Peyvənd olunanların sayı açıqlandı

16:47 - 14 Aprel 2021 - Cəmiyyət

Azərbaycanda bu gün 31 028 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 681 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429 778 nəfər təşkil edir.

Xəbər xətti