Ukraynalı nazir: "Azad olunmuş ərazilərin bərpasına dəstək verməyə hazırıq"

16:24 - 14 Aprel 2021 - Xəbər

"Ukrayna Azərbaycanın azad olunmuş bölgələrinin bərpasına dəstək verməyə hazırdır".

Bunu Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

 

“Sözsüz ki, azad olunmuş ərazilərə əhalinin qayıdıb yaşaması üçün minaların təmizlənməsindən tutmuş infrastrukturla bağlı problem və təhlükələrin həll olunmasına, o cümlədən nəqliyyat bağlantılarının qurulmasına qədər bərpa məsələlərinə qoşulmağa hazırıq”, - deyən ukraynalı nazir kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin inşası və s. kimi sahələrdəki təcrübələrini Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Gəncə adlı dinc şəhərin dinc əhalisinin başına gələnlərin bir daha baş verməməsi arzusunu dilə gətirən nazir həmçinin bütün Qarabağa əmin-amanlıq və rifah diləyib.

Xəbər xətti