Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına münasibət bildirib

11:45 - 14 Aprel 2021 - Xəbər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırmasına dair qərarına münasibət bildirib.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı məsələ ilə bağlı NTV-yə açıqlamasında deyib ki, uçuşların bərpası istiqamətində danışıqlar aparılır.

“Bu qərarın arxasında siyasi bir əsasın olduğu qənaətində deyiləm”, - deyə nazir vurğulayıb.

O, bu qərarın mənfi nəticələrinin ola biləcəyi ehtimalını da qeyd edib.

Qeyd edək ki, Rusiya 15 aprel-1 iyun tarixlərində Türkiyəyə uçuşları məhdudlaşdırmaq qərarı verib.

Xəbər xətti