Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var - Foto

00:16 - 14 Aprel 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bunyadov prospektində motosiklet yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan, dövlət qeydiyyat nişan nömrəsi 90-RL-176 olan "Saipa" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Xəbər xətti