Samuxda minik maşını aşıb, xəsarət alan var

20:43 - 13 Aprel 2021 - HADİSƏ

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.
Hərəkətdə olan "QAZ 31" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti