"Donbasda növbəti müharibə Rusiyaya baha başa gələcək" - Politoloq

19:00 - 13 Aprel 2021 - Müsahibə

ABŞ müdafiə naziri Lloyd Ostinin və dövlət katibi Entoni Blinkenin Avropaya səfər turnesi başlayıb. Əsas görüşlər NATO-nun mənzil qərargahında keçirilir.

Ucnoqta.az xəbər verir ki, bunu "Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, əsas mövzu Rusiyanı durdurmağın yollarını müzakirə etməkdir: "Vaşinqton Moskvaya açıq mesaj göndərir ki, Donbasda növbəti müharibə Rusiyaya baha başa gələcək.
Bu arada, NATO Rusiyanın qərb sərhədlərində 40 minlik hərbi qüvvə hərbi təlimlərə hazırlaşır. Təlimlərdə Ukraynanı hərbçilərinin iştirakı da nəzərdə tutulub. Təsadüfi deyil ki, NATO baş katibi bununla əlaqədar olaraq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb."

Elxan Şahinoğlu qeyd edir ki, gələcək hərbi təlimlərdə Rusiyanın mümkün hücumuna qarşı birgə müdafiə tədbirləri tətbiq ediləcək: "Bu Rusiyaya mesajdır ki, Rusiya ordusu Ukrayna ərazisinə keçərsə NATO prosesdən kənarda qalmayacaq. Ancaq bu Kiyev üçün azdır. Kiyevin əsas istəyi Ukraynanın NATO üzvlüyünə qəbuludur. NATO rəhbərliyində bu məsələ ilə bağlı yekdil fikir yoxdur. ABŞ, Türkiyə və Polşa Ukraynanın üzvlüyünü dəstəklədikləri halda, Fransa və Almaniya həmişəki kimi bunun əleyhinədirlər. Bununla Paris və Berlin əslində Rusiyanın əlinə oynayırlar".
 

Xəbər xətti