İnstaqramda daha bir yenilik

17:00 - 13 Aprel 2021 - DİGƏR

İnstaqram yeni tətbiqini açıqlayıb.

Şirkət mobil tətbiqində “son vaxtlar silinənlər” adlı yenilik təklif edib.
Bildirilir ki, bu tətbiq sayəsində istifadəçilər sildikləri paylaşımları yenidən profillərinə qaytara bilərlər.

Yenilik standart foto və videolar ilə məhdudlaşmır, eyni zamanda, IGTV və Reels paylaşımlarını da əhatə edir.

Bundan başqa, yeni tətbiqin profillərə qarşı hücumlarda önəmli vasitə olacağı vurğulanır.

Qeyd edək ki, yeni tətbiq tam istifadəyə verilməyib.///axar.az

Xəbər xətti