Beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkında olublar - FOTO

16:17 - 13 Aprel 2021 - Xəbər

ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın iştirakçıları Bakıda Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

“Report” xəbər verir ki, 15 ölkədən gələn 27 qonaq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ələ keçirdiyi hərbi qənimətlərlə tanış olub.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev konfrans iştirakçılarına düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin tapılmış qalıqları barədə məlumat verib.

 


Xəbər xətti