“Yolu bağlaya bilərdik, amma bunu etmədik” - İlham Əliyev

15:53 - 13 Aprel 2021 - Xəbər

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlılar yoxdur və heç bir şey baş vermir”.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıqda durublar və heç bir hadisə baş vermir.
Prezident Qafanı İrəvanla birləşdirən 21 kilometrlik yolun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.

“Orada sərhədçilərimiz dayanıb. Orada “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Bunun niyə erməniləri qıcıqlandırdığını bilmirəm. Biz sadəcə onları öz ərazilərimizdə salamlamaq istəyirik. Onlar isə plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmədik”, - deyə İlham Əliyev əlavə edib.///oxu.az

Xəbər xətti