Gürcüstanda koronavirusa təkrar yoluxmalar artır

15:15 - 13 Aprel 2021 - DÜNYA

“Koronavirusun mutasiyaya uğraması səbəbindən Gürcüstanda təkrar yoluxma halları tədricən artır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O, Gürcüstanda epidemioloji vəziyyətin getdikcə pisləşdiyini bildirib: “Ölkədə təxminən 8 min aktiv xəstə var. Yanvar ayından bu günədək sutkalıq yoluxma sayı mini ötməyib. Son göstərici böyük narahatlıq doğurur”.

Qeyd edək ki, ötən sutkada qonşu ölkədə COVID-19-a 1 374 yeni yoluxma faktı təsdiqlənib.

Xəbər xətti