Peskovdan Şuşaya atılan "İskəndər-M"lə bağlı AÇIQLAMA

14:48 - 13 Aprel 2021 - Xəbər

"Rusiya və Azərbaycan hərbçiləri Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatlara bağlı müzakirələr aparırlar". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığında “İskəndər”in qalıqlarının tapılması mövzusunun qaldırılıb-qaldırılmadığına dair sualı cavablandırarkən bildirib. "Hərbçilərin xətti ilə sıx dialoq aparılır. Bütün müvafiq məsələlər müzakirə olunur”, - o deyib.

Xəbər xətti