2021-ci ilin əvvəlində dünyada ən populyar smartfonlar məlum olub

23:37 - 12 Aprel 2021 - Xəbər

2021-ci ilin əvvəlində dünyada 10 ən popular smartfondan 6-sı “iPhone” cihazları olub. Bu barədə “Counterpoint Technology Market Research” şirkətinin analitikləri məlumat veriblər.

2021-ci ilin birinci ayı ərzində ən çox satılan smartfon “iPhone 12” olub. “iPhone 12 Pro Max” cihazı reytinqdə ikinci, “iPhone 12 Pro” isə üçüncü olub. Qlobal smartfon satışının 15%-i bu üç modelin payına düşüb.

“Android” sisteminin idarəetməsi altında işləyən ən çox satılan ucuz “Redmi 9A” smartfonu reytinqdə 5-ci yeri tutub. Ötən il təqdim edilmiş “iPhone SE” cihazı ilk onluqda qərarlaşıb.
​​​​​​​Analitiklərin proqnozuna görə, bu il 5G smartfonlara tələbat artacaq./“ICTnews”

Xəbər xətti