Kürdəmirdə ad günü məclisi təşkil edənlər cərimələnib

23:21 - 12 Aprel 2021 - Xəbər

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Çöl-Ərəb kənd sakini Süleymanov Elşən Ramiz oğlu  kənddə ad günü məclisi keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Saxlanılan şəxs Elşən Süleymanov və ad günündə iştirak edən digər 4 nəfər kənd sakini rayon polis şöbəsinə gətirilib.
Hüquqi qiymət verilməsi üçün onların işi Kürdəmir rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə onların hər biri bərəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 200 manat cərimə tətbiq olunub.///Apa

Xəbər xətti