Biləsuvarda müəllimlər koronavirusa yoluxdu, orta məktəb distant təhsilə keçdi

23:06 - 12 Aprel 2021 - Xəbər

Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə koronavirusa yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, məktəbin iki müəllimində koronavirusa yoluxma halı aşkarlanıb.

Orta məktəb bu səbəbdən distant təhsilə keçib.

Qeyd edək ki, bu təhsil ocağı koronavirusa yoluxma halının aşkarlanması ilə bağlı Biləsuvarda fəaliyyətini dayandıran ilk məktəbdir.

Xəbər xətti