Hərbi Qənimətlər Parkı bu tarixdən vətəndaşlara açıq olacaq

20:22 - 12 Aprel 2021 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı olub.

Aprelin 12-si və 13-də Hərbi Qənimətlər Parkında müxtəlif media qurumlarının çəkilişləri təşkil olunur. Aprelin 14-dən isə sözügedən park vətəndaşların üzünə açıq olacaq.

Vətəndaşların parka ziyarəti pandemiyaya qarşı profilaktik tədbirlərə uyğun olaraq tənzimlənəcəkdir.

Xəbər xətti