“Vətən Müharibəsi Qəhrəmanı”nın büstünün açılışı olub - Foto

19:32 - 12 Aprel 2021 - ÖLKƏ İÇİ

Neftçala rayonunda “Vətən Müharibəsi Qəhrəmanı” Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri, şəhid Camal İsmayılovun büstünün açılışı olub.

Ucnoqta.az xəbər verir ki, açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı, hüquq- mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və koronavirus (COVİD-19) virusu ilə əlaqədar olaraq məhdud sayda şəxslər iştirak edib.

“Vətən Müharibəsi Qəhrəmanı”nın büstünün açılışında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından, erməni işğalına son qoyulmasından və bu qələbəmizdə Xüsusi Təyinatlı Qüvvəllərin baş giziri şəhid Camal İsmayılovun xüsusi rəşadətindən, döyüş yolundan və igidliyindən danışılıb. Bu qələbəmiz şəhidlərimizin qanı və canı bahasına gəldiyi bildirilib.

Qeyd edək ki, Xüsusi təyinatlıların baş giziri, şəhid kəşfiyyatçı İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub.
Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə hakim yüksəkliyin alınmasında Camal İsmayılov böyük qəhrəmanlıqlar göstərib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulub. Son döyüşündə - Laçın dəhlizinə nəzarət edən yüksəkliyin alınmasında 16 nəfərlik dəstəsilə birlikdə son damla qanına qədər vuruşub. Oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.


Xəbər xətti