Ukrayna Baş nazirinin müavini Azərbaycana gəlir

13:53 - 12 Aprel 2021 - Xəbər

Ukrayna Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, A. Reznikovun səfəri aprelin 13-14-də baş tutacaq.
Səfər çərçivəsində Ukrayna Baş nazirinin müavini Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Onun Ağdama səfəri də planlaşdırılıb.

Xəbər xətti