Daha bir şəhidimizin övladı dünyaya gəlib

13:11 - 12 Aprel 2021 - Cəmiyyət

Vətən müharibəsinin şəhidi Məmmədli Sübhanın övladı dünyaya gəlib.

Oxu.Az-ın məlumatına görə, qəhrəmanımızın övladı bu gün xəstəxanadan evinə yola salınıb.

Sübhanə adı verilən körpəni xəstəxanada “YAŞAT” Fondunun əməkdaşları, şəhid kapitanın döyüş və iş yoldaşları, ailəsi və yaxınları qarşılayıb.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilib.

Xəbər xətti