Salyanda koronavirus xəstəsinin qaynatasının yasına getdiyi müəyyənləşib

12:25 - 12 Aprel 2021 - Xəbər

Daxili işlər orqanlarının  əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi aktiv koronavirus xəstələrinin özünütəcrid qaydalarına əməl etməməsi hallarına rast gəlinir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Aşağı Kürkənd sakini Əli Ağayev koronavirus xəstəsi olduğu və ona yaşayış yerini tərk etməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, buna məhəl qoymayıb.

Ə.Ağayev rayon ərazisində qaynatısının yasına gedərək sanitar-karantin qaydalarını pozub.Salyan RPŞ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb.
Tibbi prosedurlar gözlənilməklə Ə.Ağayev yaşayış yerinə qaytarılıb. Onun barəsində qanuni tədbir görülüb.Həmçinin yas mərasimi keçirən Ə.Ağayevin qohumu olan 4 nəfər barəsində də inzibati protokollar tərtib edilib. Onlar 200 manat məbləğində cərimələniblər. 

Xəbər xətti