Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub

10:55 - 12 Aprel 2021 - Cəmiyyət

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.

Xəbər xətti