Ana səhifə
24 May 2018

25 ilin deputatı Madər Musayev: “Qismət olarsa, yenidən deputat seçiləcəm” - MÜSAHİBƏ

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır.

 

 

Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşur.

 

Ucnoqta.az həmin müsahibəni təqdim edir:

 

Bu dəfə suallarımıza 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat seçilən Madər Musayev cavab verir. Qeyd edək ki, M.Musayev 1990-cı ildən bəri deputatdır.

 

- 25 ildir deputat kimi fəaliyyət göstərirsiniz. Ola bilsin ki, bu sual sizin üçün yeni deyil. Amma maraqlıdır, 4 il bundan qabaq seçki paltformanız necə qurulmuşdu? Seçiciləriniz qarşısında veriyiniz vədlər öz həllini tam olaraq tapdımı?

 

- 4 il bundan qabaq mən də digər deputatlığa namizədlər kimi öz platformamı qurmuşdum. Təbii ki, biz də müəyyən işlərin görülməsi barədə danışmışıq. Platformada nəzərdə tutulanları qismən də olsa həyata keçirmişik. Eyni zamanda, bir vədi verməmişdən öncə, onu nə dərəcədə yerinə yetirmək barədə düşünmək lazımdır. Bəzən hansısa məsələnin həll olunmasından danışanda “bunu etməyə çalışaram” deyirəm. Bir çox işlər var ki, onların hamısını bir deputat həll edə bilməz.

 

- Yəqin ki, 25 illik fəaliyyətiniz dövründə problemlər arasında fərqi yaxşı hiss edirsiniz?

 

- Əlbəttə, 10-15 il bundan əvvəlki vəziyyətlə indiki arasında çox böyük fərq var. O zamanlar tələblər də, problemlər də  başqa idi. İndi tamam başqa tələblərin şahidi oluruq. Problemlərin həlli ilə bağlı özümü heç vaxt kənara çəkməmişəm. Hətta “bura mənim dairəmdi, yaxud da dairəm deyil” kimi fikir məndən uzaqdır. Nəyə imkanım çatırsa,  onu da etmişəm.

 

- Daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

 

- Təbii ki, öz rayonumdan daha yaxşı danışa bilərəm, həm də buna ixtiyarım var. Bizim rayonda ab-hava tamamilə fərqlidir. Hər kəs başını aşağı salıb öz işini görür. İnsanlar arasında mehribanlıq var. Əgər desəm ki, rayonumuzda heç bir problem yoxdur, səhv etmiş olaram. Deputat kimi fikrimi bilmək istəyirsinizsə, hərə öz işi ilə məşğuldur. Demək olar ki, rayonda hər şey öz qaydasındadır. Təbii ki, həyat davam etdikcə, insanlar da yaşamağa davam edir. Hər addımbaşı problemlərin çıxması normaldır.

 

- Deyirsiniz ki, sizin rayonda problem yoxdur. Bəs, işsizliklə bağlı sakinlərin heç bir problemi yoxdur?

 

- İşsizliklə bağlı kifayət qədər problemlər mövuddur. Amma bu cür problemlər deputatlıq deyil. Bizə də bu problemlə bağlı müraciətlər olur, müəyyən adamlara dost, tanış, deputat kimi xahişlər edirik. 5 nəfərdən 2-ni hər hansı işlə təmin edirəm.

 

- 25 illik deputat fəaliyyətiniz dövründə bəxtinizə kifayət qədər icra başçısı ilə çalışmaq düşüb. İcra başçıları ilə hansı problemlər yaşamısınız?

 

- Binəqədi rayon İcra Hakimiyyəti başçısı ilə mənim işlərim fərqlidir. Mən İcra Hakimiyyətinin işinə qarışa bilmərəm. Çünki o icra başçısıdır, mən də deputat. Əvvəla, niyə görə bizim aramızda konflikt olmalıdır?! 25 ildə bir neçə icra başçısı dəyişib. Əvvəl bizim dairə Binəqədi-Qaradağ dairəsi idi. Sonra isə Binəqədi dairəsi oldu. Əhalinin çoxluğunu nəzərə alıb həmin dairə sərbəst etdilər. Bu günə qədər bir icra başçısı ilə problemim olmayıb. Siz mətbuatın içindəsiniz. Balaca bir problem olsa idi, mətbuat yazardı.

 

- Seçicilər arasında elələri var ki, onların müraciətlərinin sizə aidiyyəti yoxdur. Bu cür müraciətlər ediləndə hansı narahatlıqları keçirmisiniz?

 

- Həyatda hər cür insan var. Bizim də borcumuz həmin insanlara nəyin bizə aid olub-olmamasını izah etməkdən ibarətdir. Hansısa müraciəti mətbuata çıxarmağı məsləhət görmürəm. Tutaq ki, kənd insanıdır, yaşlıdır, hər hansı məsələ ilə bağlı müraciət edibsə, çalışıram gücüm çatan qədər köməklik edim. Əgər kimsə qız köçürürsə, oğlan evləndirirsə və mənə hansısa işlə bağlı müraciət edirsə, deməli köməyimə ehtiyacı var. Bu zaman nə lazımdırsa edirəm. Çünki seçicinin də əli bizə çatır. Ona görə də heç bir narahatlıq keçirməmişəm.

 

- Deməli, seçiciləriniz sizdən çox razıdır?

 

- Güman edə bilmərəm ki, seçicilərimin hamısı məndən razı olsun. Çünki min adamın bir adamdan razı olması inandırıcı deyil. Amma hələ ki narazı seçici ilə qarşılaşmamışam. Xeyirdə-şərdə də bir yerdəyik. Əgər hansısa seçicinin işığı sönürsə, mənim də işığım sönür. Bu cür problemləri görürəmsə, mənə demək lazım deyil. Artıq bu cür problemlər çox-çox geridə qalıb.

 

- 25 ilin üstünə 5 ilin də gəlməsini istəyərsinizmi? Yəni, növbəti dəfə deputat seçilmək istəyiniz  real ola bilərmi?

 

- Əvvəla, deputat olduğum dövrdə verdiyim vədlərdən yarımçıq qalanı yoxdur. Bunu sizə birmənalı olaraq deyirəm. İkincisi, növbəti seçkilərdə namizəd olmağımı seçicilərim istəyəcəksə, mən də buna uyğun hərəkət edəcəyəm. Seçkilərə 8-9 ay qalıb. İndidən konkret nəsə deyə bilmərəm. Bu gündən sabaha ümid yoxdur. Qismət olarsa, yenidən deputat seçiləcəm. Hər halda, evdə oturmayacam ki!

Tarix
11 Fevral 2015 [08:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin