"Respublika" qəzetinə yeni baş redaktor təyin edildi

09:59 - 12 Aprel 2021 - Xəbər

"Respublika" qəzetinə yeni baş redaktor təyin edilib.

Ucnoqta.az "Report"-a istinadən xəbər verir ki, bu vəzifəyə Hümbət Musayev təyinat alıb.

O, əvvəllər "Respublika" qəzetinin baş redaktorunun müavini - məsul katib vəzifəsində çalışıb.

Xatırladaq ki, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov mart ayında 90 yaşında koronavirusdan vəfat edib.

Xəbər xətti