Bakıda silahlı İNSİDENT: Avtomobilə atəş açılıb - FOTO

07:26 - 12 Aprel 2021 - HADİSƏ

Bakının Yasamal rayonunda silahlı insident baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb. Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb.

İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.


Xəbər xətti