Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

22:43 - 11 Aprel 2021 - HADİSƏ

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Xəbər xətti