“Avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır" – Ərşad Hüseynov - VİDEO

18:03 - 11 Aprel 2021 - Xəbər

“BakuBus” MMC ilə bağlı problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, “BakuBus” MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar:

“BakuBus” MMC əvvəl Bakı şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verildi. Bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var. Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, o, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır. Dəfələrlə təklif etmişəm ki, “BakuBus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.

Onsuz da MMC-yə ayrılan pullar geri qaytarılmır. Məndə olan məlumata görə, bəzi illərdə bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır. Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Əgər həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, onlar bu işi daha yaxşı görər. Təbii ki, burada sahibkarları da düzgün seçmək lazımdır”.

Xəbər xətti