Fahrettin Altun işğaldan azad edilmiş ərazilərdə dağıdılmış abidələrlə bağlı UNESCO-ya müraciət edib

14:45 - 11 Aprel 2021 - Xəbər

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun UNESCO-ya müraciət edib. APA-nın məlumatına görə, Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri deyib ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib. Fahrettin Altun bildirib ki, buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir.

Xəbər xətti