Koronaviruslu xəstənin yaşayış yerini tərk etməsi necə müəyyən olunur? – DİN

12:32 - 11 Aprel 2021 - Cəmiyyət

İctimai məkanlarda aşkarlanan koronaviruslu xəstələr həbs edilə bilər.

Ucnoqta.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, evdə müalicə alan şəxslərin qaydalara riayət etməsi üçün ciddi nəzarət tədbirləri görülür:
"Hüquq qaydalarının təmin olunması məqsədi ilə laborator analizləri pozitiv çıxan aktiv koronavirus xəstələrinin ünvanları barədə məlumatlar müvafiq səhiyyə qurumları tərəfindən polisin üzərində olan elektron cihazlara yerləşdirilir.

Xidmətə cəlb olunan post-patrul, eləcə də sahə müvəkkilləri və rəisləri bununla nəzarətində olan ərazidə kimin koronavirus xəstəsi olmasından xəbərdar olur. Həmin ərazidə xidmətə cəlb olunan naryad qruplarımız tərəfindən onların yaşadığı ünvana vaxtaşırı baxış keçirir. Xəstə yerində olmazsa, müvafiq prosedur qaydaları gözlənilməklə onların ünvana qaytarılması təmin olunur.

İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələr artıq təqsirli şəxsə çevrilir və barəsində istintaq hərəkətləri aparılır. Bu proses çərçivəsində vətəndaşın bir və ya bir neçə şəxsi virusa yoluxdurması aşkarlanarsa, həmin şəxs barəsində daha ağır cəza tədbirləri görülə bilər, yəni həbs təhlükəsi yaranar”.


​///azxeber

Xəbər xətti