Azərbaycanın veteran futbolçusu koronavirusdan vəfat etdi

10:36 - 11 Aprel 2021 - Xəbər

Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, F.Cavadov 71 yaşında koronavirusdan vəfat edib.

Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Xəbər xətti