"Mançester Siti"nin qələbə seriyasına son qoyuldu

19:16 - 10 Aprel 2021 - İDMAN

İngiltərə Premyer Liqasının (Premyer Liqa) 31-ci tur matçında "Mançester Siti" "Lids"ə 1:2 hesabı ilə məğlub oldu.

Ucnoqta.az xəbər verir ki, bununla da “şəhərlilər”in ardıcıl 6 matçlıq qələbə seriyasına son qoyulub. Qolları qalib komanda tərəfdən Styart Dallas (42, 90+1), digər tərəfədn isə Ferran Torres (76) vurublar.

32 oyundan 74 xal toplayan "Mançester Siti" Premyer Liqa sıralamasında birinci yerdədir. "Lids" 31 oyunda 45 xal toplayaraq 9-cu yerdədir.

Növbəti turda aprelin 21-də "Manchester Siti" "Aston Villa" ilə oynayacaq, "Lids" aprelin 19-da "Liverpul"u qəbul edəcək.

Xəbər xətti